Bergüzar Korel “A.B.İ.”-də çəkiləcək?

MƏDƏNİYYƏT
10:15 / 12.08.2026
178

Türkiyənin “ATV” telekanalının yüksək reytinqli serialı “A.B.İ.” ilə bağlı sürpriz iddialar yayılıb.

Hit.az xəbər verir ki, ekran işi baş rol üçün aktrisa axtarışlarını davam etdirir.

Gündəmə isə sürpriz bir namizəd gəlib. Belə ki, məşhur aktrisa Bergüzar Korel nəzərdən keçirilir. Hətta aktrisaya təklif də verilib. Onun ssenarini oxuyub, yaxın zamanda cavab verəcəyi deyilir. 

Əgər sənətçi təklifi qəbul edərsə 11 il sonra yenidən Kənan İmirzalioğlu ilə tərəf müqabili olacaq. Onlar, “ATV”-nin reytinqləri alt-üst edən “Karadayı” serialında birlikdə çəkilmişdilər.

Pərviz Şimşək 

0