Xalq artisti qəzəbləndi: "Bunu mənim haqqımda hansı tərbiyəsiz deyib?"

MAQAZİN
13:16 / 27.02.2024
396

Xalq artisti, aktrisa Naibə Allahverdiyeva bərk əsəbiləşib. Buna səbəb aktrisanın adından müxtəlif sosial şəbəkələrdə demədiyi fikirlərin səsləndirilməsi olub.

Hİt.az-a açıqlama verən aktrisa bildirib ki, aktrisa Çimnaz Əliyevanın söylədiyi fikirləri təhrif olunmuş formada onun adından verərək, sosial şəbəkələrdə yayıblar.

“Fikri başqa aktrisa deyib. Götürüb mənim adımdan deyiblər ki, “Soyunmaq erotika elmidir - Xalq artisti pornoqrafiyadan danışdı”. 

"Ayıbdır. Bu qədər bisavad yanaşma sərgiləmək həqiqətən ayıbdır”,- deyə o bildirib.

Murad

0