Latviya Rusiya prezident seçkilərində iştirak edənləri məsuliyyətə cəlb edə bilər

DÜNYA
18:04 / 28.02.2024
212

Latviyada yaşayan Rusiya vətəndaşları Rusiya Federasiyasının prezident seçkilərində iştiraka görə cinayət məsuliyyətinə cəlb edilə bilər. 

HİT.az “Sprats in Exile” "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə Latviya Ədliyyə Nazirliyinin rəhbəri İnese Libina-Eqnere bildirib.

Nazirin sözlərinə görə, respublika hakimiyyəti rusların səfirliyə girişini məhdudlaşdıra bilməz. O, seçkilərdə iştirak edəcək şəxslərin hərəkətlərinin Ukraynada xüsusi əməliyyatı dəstəkləməyə bərabər tutulacağını istisna etməyib. Nazir diqqəti Ukrayna münaqişəsinə bəraət qazandırdığına görə cinayət məsuliyyətinə cəlb edilməyə çəkib.

İnese Libiņa-Egnere nazirliyin rusların səfirliyə səfərlərinin səbəblərini texniki cəhətdən necə izləmək niyyətində olduğunu izah etməyib.

Bundan əvvəl məlum olub ki, Latviya rusların ölkəyə giriş qadağasını 2025-ci ilin yazına qədər uzadıb.

Samir

0