Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsula Moldovada qadağan olunmuş müxalifət partiyası olan Şor Partiyasının işi üzrə ittiham irəli sürülüb. O, muxtar vilayətin başçısı seçkilərində bu partiyadan namizəd olub.
HİT.az xəbər verir ki, bu barədə "Sputnik Moldova" agentliyinə Qutsulun özü məlumat verib.
"İki il əvvəl mənə və Şor Partiyasına qarşı uydurulmuş işin sürətlə davam edəcəyini güman edirdim, amma belə olacağını təsəvvür etmirdim", deyə Qutsul bilditib.
Qaqauziya rəhbərinin sözlərinə görə, "Moldova prezidenti Maya Sandu və hakim partiyanın göstərişi ilə" baş vermiş bu işdə əli olan bütün şəxslər artıq müəyyən edilib. Qutsul vurğulayıb ki, bütün hüquq-mühafizə orqanları "belə təzyiqlərə görə məsuliyyət daşıyacaqlar: "PAS Partiyası (Hərəkət və Həmrəylik, Moldovada hakim partiya-red.) və onun hakimiyyəti əbədi deyil".
Bundan əvvəl Qutsul bildirib ki, dövlət başçısı onu muxtariyyətə qeyri-qanuni rəhbərlik etməkdə və cinayətkar qruplaşmanın maraqlarını təmsil etməkdə ittiham etdikdən sonra vəkilləri Moldova prezidenti Maya Sanduya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi ilə bağlı iddia hazırlayır. O qeyd edib ki, Qaqauziyada keçirilən seçkilər qanuni olub və Moldova hakimiyyəti səsvermənin nəticələrinə etiraz etməyib. Qutsul qeyd edib ki, o, yerli əhalinin maraqlarını təmsil edir.
Samir