Lekornu Şoyqu ilə danışdı, Ukrayna ilə bağlı dialoqa hazır olduğunu demədi

DÜNYA
12:29 / 04.04.2024
139

İki ölkənin müdafiə nazirləri Sergey Şoyqu və Sebastyan Lekornu arasında telefon danışığı zamanı Fransa Ukrayna məsələsində Rusiya Federasiyası ilə "dialoqa hazır olduğunu" bildirməyib.

HİT.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) agentliyi Fransa hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, Şoyqu və Lekornu aprelin 3-də baş tutan telefon danışığı zamanı Ukrayna üzrə dialoqa hazır olduqlarını qeyd ediblər.

Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, təxminən 1500 nəfərdən ibarət Fransa ordusu apreldə Ukraynaya yerləşdirilməyə hazır ola bilər.

Fevralın sonunda Fransa prezidenti Emmanuel Makron Ukraynaya fransız əsgərlərinin göndərilməsini istisna etməyib. Daha sonra o, Parisin Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişdiyini təsdiqləyib. Onun sözlərinə görə, indi Kiyevə kömək etmək üçün artıq qırmızı xətlər, məhdudiyyətlər yoxdur.

Samir

0