Qəzza müharibəsi səbəbindən Baydenin vəziyyəti pisləşir

DÜNYA
13:15 / 04.04.2024
152

ABŞ prezidenti Co Bayden İsrail və HƏMAS arasında münaqişə zonasında vəziyyətin pisləşməsi, xüsusən də İsrail ordusunun Rəfahda gözlənilən əməliyyatı fonunda demokrat həmkarlarının artan təzyiqi altındadır. 

HİT.az xəbər verir ki, bu barədə "The Hill" yazıb.

Mətndən belə məlum olur ki, Yaxın Şərqdəki vəziyyət Bayden ətrafında birləşən demokratlar üçün başağrısı yaradıb və onlar regiondakı münaqişənin qarşıdan gələn seçkilərin nəticələrinə təsir göstərə biləcəyindən narahatdırlar.

"Bu ciddi siqnaldır. Müharibə davam edərsə, ciddi problem olaraq qalacaq. Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə nə qədər tez əhəmiyyətli bir fasiləyə nail olsa, siyasi baxımdan bir o qədər yaxşı olar. ABŞ-ın Qəzza əməliyyatına dəstəyindən narazı olanlar təkcə mütərəqqi insanlar deyil - indi onların arealı daha genişdir", detə Demokratlar Partiyasının adı açıqlanmayan üzvü nəşrə müsahibəsində bildirib.

Daha əvvəl bildirilmişdi ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyası 18 milyard dollar dəyərində Amerika F-15 təyyarələrinin İsrailə satışı və tədarükünü təsdiqləmək üçün Konqresə təzyiq etmək istəyir.

"The Hill" qəzeti Qəzzada vəziyyətin gərginləşməsi və İsrail ordusunun Rəfahda potensial əməliyyatı kimi hərəkətləri dayandırmaq çağırışları fonunda Bayden administrasiyası İsrailə böyük silah satışını nəzərdən keçirdiyini yazıb.

Samir

0