Türkiyə İsrailə mal ixracına məhdudiyyətlər qoyur

DÜNYA
11:42 / 09.04.2024
167

Türkiyənin Ticarət Nazirliyi aprelin 9-dan etibarən İsrailə 54 sənaye malının ixracını məhdudlaşdırmaq qərarına gəlib.

HİT.az xəbər verir ki, Qəzzada davam edən döyüşlər və humanitar yüklərin çatdırılmasında yaranan maneələr səbəbindən Türkiyə hakimiyyəti bununla da yəhudi dövləti ilə ticarəti azaltmaq qərarına gəlib.

Xüsusilə, polad, alüminium, boya, elektrik kabelləri, aviasiya yanacağı, yağlar, gübrələr, bəzi növ sənaye avadanlıqlarından hazırlanan müxtəlif növ məhsullara məhdudiyyətlər tətbiq edilib.

Ölkənin Ticarət Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrında Qəzza zolağında hərbi əməliyyatların başlamasından bu yana Türkiyə ilə İsrail arasında ümumi ticarət dövriyyəsi 33% azalıb. Türkiyənin İsrailə ixracı 30%, bu ölkədən idxalı isə 43,4% geriləyib.

"Müvafiq qurumlarımız bu vəziyyətlə bağlı ictimaiyyəti məlumatlandıracaq. Bu tədbirlər İsrail atəşkəs elan edənə və Qəzzaya humanitar yardımlar fasiləsiz çatdırılana qədər davam edəcək", deyə ölkənin xarici işlər naziri Hakan Fidan bildirib.

Samir

0