Bioloji ölümsüzlük mümkündürmü? - Alimdən cavab

SAĞLAMLIQ
19:58 / 11.09.2024
263

"Bioloji ölümsüzlüyə nail olmaq qeyri-mümkündür və vacib deyil".

HİT.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Sankt-Peterburq Dövlət Universitetinin (SPbDU) Koqnitiv Tədqiqatlar İnstitutunun direktoru, professor, Rusiya Təhsil Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru Tatyana Çerniqovskaya deyib.

Alimin fikrincə, insanlar üçün ölümsüzlük tələb olunmur. Əgər insan əbədi yaşasaydı, nə vaxtsa hər şeydən yorulardı. Başqa heç nə görmək istəməzdi və yorğunluğu fiziki problemlərdən deyil, cansıxıcı həyat yaşayardı. Və belə bir an 120 və ya 220 yaşında bir insan üçün mütləq gələcək.

Professor, eyni zamanda, bioloji ölümsüzlüyün təbiətin özünə zidd olduğu üçün prinsipcə mümkün olmadığını vurğulayıb.

İyun ayında uzunömürlülük uğrunda mübarizə aparan məşhur biohaker və milyarder Brayan Consonun ABŞ-da qadağan olunmuş gen terapiyasından keçdiyi bildirilir. O ümid edir ki, bu terapiya ona 120 yaşa qədər yaşamağa kömək edəcək.

Samir

0