Türkiyə xarici aviareysləri bərpa edir - Tarix açıqlandı

DÜNYA
15:14 / 02.06.2020
1266

Türk Hava Yolları Avropanın aviareysləri bərpa edəcək. 

HİT.Az xəbər verir ki, THY şirkətinin mətbuat katibi Yahya Üstün bu barədə "Twitter" hesabında məlumat paylaşıb. Məlumatda bildirilir ki, iyunun 18-dən etibarən Avropanın 16 şəhərindən Türkiyənin 14 şəhərinə uçuşlar bərpa ediləcək:

“Bazeldən Qaziantepə, Frankfurtdan Elazığa ... 18 iyundan etibarən Avropanın 16 şəhərindən  Anadoluda 14 nöqtəyə birbaşa uçuşlara başlayacağıq. Bayraq daşıyıcısı olaraq, vətənin yolunu bir az daha qısaldacaq və qonaqlarımızı daha qısa müddətdə sevdiklərinə çatdıracağıq”.

0