Rusiyanın nüvə silahı sahəsində dövlət siyasəti ilə bağlı qanun təsdiqlənib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, prezident Vladimir Putinin imzaladığı qanun nüvə silahının tətbiq olunması üçün şərtləri müəyyən edib.
“Rusiya Federasiyası tərəfindən nüvə silahının tətbiqi - Rusiyanın çox önəmli dövlət və hərbi əhəmiyyətli obyektlərinə düşmənin təsiri yaxud onları sıradan çıxarması halında istifadə oluna bilər”-deyə sənəddə deyilir.