"Gəlinim mənimlə qalmaq istəmədi, kirayədə yaşayırlar" - Elza Seyidcahan

MAQAZİN
14:14 / 12.05.2020
2044

"Xəzər Tv" də yayımlanan "5də5" verilişinin növbəti qonağı bəstəkar, müğənni Elza Seydcahan olub.

Veriliş zamanı əməkdar artist oğlu və gəlini ilə bağlı diqqət çəkən açıqlama verib. Belə ki, aparıcı Zaur Kamal müğənniyə "Sən gəlin gətirdin. Gəlin səni saymadı, bir yerdə yaşamaq istəmədi. Bir ay qaldı, çıxdı evdən" deyib. Elza bu barədə açıqlama verib:

"Dilin yansın, Zaur, o nə sözdür deyirsən. Evlənəndən sonra bir müddət qaldılar, sonra bir yerdə yaşamaq istəmədilər, kirayəyə çıxdılar. Amma tək qalmıram ki, kürəkənimlə qızım mənimlə qalır. Gördüm tək qalıram, qızımla kürəkənimi yanımda saxladım. Kürəkənim də oğlum kimidir. Mən buna pis baxmıram, nə var ki, burda!"

0
Big.az