Daha bir qaradərili polis tərəfindən öldürüldü – Tükürpərdən video

DÜNYA
02:31 / 12.06.2020
827

Corc Floydun qətlindən sonra yenidən ABŞ-da daha bir qaradərilinin polis tərəfindən öldürülməsinin videogörüntüsü yayılıb.

Teleqraf.com xəbər verir ki, hadisə ötən il mayın 20-də Oklahama şəhərində baş verib.

Şübhəli şəxs qismində saxlanılan Derrik Skott tutulma zamanı polis zorakılığına məruz qalıb.

Nəfəs ala bilmədiyini deyən Skotta polis “Vecimə deyil” cavabını verib. Şübhəlidə ürəkgetməsi baş verdikdən sonra polis təcili yardıma zəng etmək məcburiyyətində qalıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, 42 yaşlı Skottun həyatını xilas etmək mümkün olmayıb.

Kamera görüntülərinin incələnməsindən sonra polisin prosedura uyğun hərəkət etməsi qərarı verilib.


Əlavə edək ki, Corc Floyd adlı qaradərili ötən ay Minneapolisdə eyni formada polis tərəfindən qətlə yetirilmişdi.
Olayın videogörüntüsünü təqdim edirik:

0