İki məşhur azərbaycanlı Moldovada iş adamları arasında ilk 5-liyə daxil oldu - FOTO

İQTİSADİYYAT
17:43 / 23.06.2020
2687

Moldovanın tanınmış “Tribuna” portalı sözü gedən ölkənin iqtisadi inkişafında misilsiz xidmətləri olan xarici iş adamları haqqda “Xarici investorlar” rubrikası ilə geniş araşdırma aparıb.

Portal əsasən Moldova Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə sosial, iqtisadi islahatların həyata keçirilməsində xüsusi fəallıq nümayiş etdirən, əhalinin işlə təmin olunmasına dəyərli töhvələr verən, ölkədə nümunəvi xeyriyyəçi və vergi ödəyicisi kimi tanınan iş adamlarını statistik göstəricilərə əsaslanaraq ayırd edib, onlar haqqda silsilə yazılar təqdim etməyə start verib. Portalın “Xaricilər investorlar” rubrikasının ilk sayında Moldovada fəaliyyət göstərən tanınmş şirkət rəhbərləri arasında Aleksandr Kos, Sinan Bora, Vaja Djaşi ilə yanaşı uzun illər bu ölkədə yaşayan tanınmış Azərbaycanlı iş adamı Feyruz İsayev və Vuqar Novruzovun adları da ilk 5-likdə qərar tutub.

Feyruz İsayev

Feyruz İsayevi geniş oxucu auditoriyasına təqdim edən portal qeyd edib ki, “Tanınmış Azərbaycanlı iş adamı Moldovaya 1997-ci ildə 45 yaşı olarkən gəlib. O, “Arch-Petrol” şirkətini təsis etməklə bir il yarım müddətində 16 yanacaqdoldurma məntəqəsi və iki topdansatış bazası quraraq ilk uğuruna imza atıb. 2001-ci ildə qurduğu biznesi “Lukoyl” şirkətinə satır və onun rəhbərlərindən birinə çevrilir. İlkin dövrlərdə “Lukoyl”da baş direktorun birinci müavini vəzifəsində çalışan F İsayev, sonra Moldovanın neft məhsulları bazarında lider olan bu şirkətə rəhbərlik edib. O, bu illər ərzində Moldovanın ən məşhur iş adamlarından biri olmaqla yanaşı, digər sahələrdə də biznesini inkişaf etdirərək böyük şöhrət qazanıb.”

Portal tanınmış iş adamı Vüqar Novruzovun fəaliyyətinə də geniş yer ayırıb. – “Moldova Vüqar Novruzov üçün çoxdan ikinci vətəndir. Tale onu sovetlər dönəmində bölgəmizə gətirsədə o, ürəkdən bağlandığı Moldovanı SSRİ dağılandan sonra tərk etməyərək, həyatını bu ölkənin çiçəklənməsinə həsr edib. İlk biznesinə1992-ci ildə çap kağızlarının idxalı ilə başlayan Vuqar Novruzovun sonradan yaratdığı “Azmol Company” şirkəti bu sahədə Moldovanın ən aparıcı iqtisadi agentlərindən birinə çevrilib. O,sahibkarlığın digər sahələrində də gücünü sınayaraq, bacarıqlı iş adamı kimi Moldovanın sosial iqtisadi həyatında uğurlu nəticələr əldə etməklə böyük nüfuz sahibinə çevrilib.15 il Moldovada Azərbaycan diasporuna liderlik edən Vüqar Novruzov, iki ölkə arasında bir çox mədəni layihələrin həyata keçirilməsinə maddi və mənəvi dəstək verməklə üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirib”.

Vüqar Novruzov

Onuda qeyd edək ki, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə hüquq elmləri doktoru Vüqar Şahmar oğlu Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi medalı” na, 10 noyabr 2016-cı ildə isə Moldova Respublikasının Prezidenti Nikolae Timoftinin sərəncamı ilə Moldovanın ali dövlət mükafatı olan “Respublika” ordeninə layiq görülüb.

 

0
konkret.az