Planetimizdə 7 yox, 8 qitə var: "İtmiş qitə" tapıldı (FOTO)

DÜNYA
23:27 / 25.06.2020
1642

"İtmiş qitə" kimi tanınan Zealandiya ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Yeni zellandiyalı alimlər planetin 8-ci qitəsinin detallı xəritəsini hazırlayıblar.

Alimlər coğrafiya dərsliklərinin yenidən hazırlanmalı olduğu qənaətindədirlər. Belə ki, Dünyada 7 yox, 8 qitə var. Zealandiyanın 94 faizi su altındadır. Araşdırmalara görə, qitə 23 milyon il öncə okeanın dərinliklərinə batıb.

Hazırlanan xəritələrə əsasən 4,9 milyon kvadrat kilometr sahəsi olan Zealandiya dünyanın ən kiçik qitəsi hesab edilə bilər. Burada milyardlarla dollar dəyərində yeraltı qaynaqlar mövcuddur. Yeni qitənin varlığı bu mənbələrin bölüşdürülməsində mübahisələrə yol aça bilər.

 

0