Vilayət Eyvazov 2 rəisə vəzifə verdi, digərini sərəncama götürdü

14:49 / 06.07.2020
13400

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov üç polis rəisi ilə bağlı əmr imzalayıb.

Nazirin əmri ilə Binəqədi RPİ 6-cı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəsib Məmmədov vəzifəsindən azad edilərək Biləsuvar rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Biləsuvar RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Əlyəddin Səfərov isə Şamaxı RPŞ-nin rəisi təyin olunub.

Şamaxı RPŞ-nin rəisi Şahin Mirzəyev isə nazirin əmri ilə vəzifədən çıxarılaraq sərəncama götürülüb. 

0
Qafqazinfo.az