Tovuzdan əhalinin köçürülməsi xəbəri doğru deyil – AÇIQLAMA

12:52 / 15.07.2020
1113

Son bir neçə gün ərzində Azərbaycan-Ermənistan sərhədində, xüsusilə də Tovuz rayonu istiqamətində gərginliyin artması ilə sosial şəbəkələrdə və əhali arasında rayon əhalisinin köçürülməsi ilə əlaqədar bir sıra qeyri-rəsmi məlumatlar yer alıb.

HİT.AZ-ın xəbərinə görə, məsələ ilə bağlı Qazet.az-a danışan millət vəkili Arzu Nağıyev bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir.

“Bunu yayan şəxslər ya ermənidir, ya da erməni agentidir. Heç kim köçürülməyib. Mən özüm Tovuzda yaşayıram. Atam da, bacım da, ailəm də buradadır. Heç bir köçürülmə məsələsi yoxdur”, – deyə A. Nağıyev qeyd edib.

0