Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı tutulub.
Bu barədə Hit.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Nigeriya Federativ Respublikası vətəndaşı - 1995-ci il təvəllüdlü Olabıyı Kazeem Adısa saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


