Aygün ilə Hacı Nuran hərbi geyimdə (FOTO)

ÖLKƏ
10:44 / 18.07.2020
2664

Prezident İlham Əliyevin çağırışına səs verən minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gedərək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir və müvafiq qaydada qeydiyyata alınırlar.

Onlar arasında aparıcı Hacı Nuran, Xalq aristi Aygün Kazımova da yer alıb.

Bu haqda aparıcının özü məlumat verib:

"Vətən mənə oğul desə, nə dərdim

Mamır olub, qayasında bitərdim

Bu gün Vətən bizə "oğul" deyir. Vətən sərhədi yağı düşmən tərəfindən atəşə tutulur, dinc sakinlər gülləbaran edilir. Sözsüz ki, bu anlarda hamının bir yumruq kimi birləşmək anıdır. İyul ayının 12-də Tovuz sərhəddində baş verənlər hamını səfərbər olmağa vadar etdi. Ölkənin təkcə igid oğulları deyil, qızları da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü kimi adını cəbhəyə getmək istəyənlərin siyahısına yazdırdı. Bu adlar arasında ölkənin tanınmış simaları, hətta şou-biznes nümayəndələri də var. Belə ki, estradamızın sevilən ulduzu, Xalq artisti Aygün Kazımova əyninə hərbi paltar geyinib, əlinə silah götürmək üçün bu gün mənimlə birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdi. Xalqımın igid oğul və qızları yaşasın. Biz birlikdə güclüyük".

6
Sia.az