Ruh yaşı ilə bioloji yaşın fərqi

SAĞLAMLIQ
22:58 / 23.04.2024
811

İnsanlardan adətən yaş sorulmur. Bu etik baxımdan düzgün sayılmır.

Ancaq cavab olaraq, insanlar ruh yaşını rahat şəkildə ifadə edirlər.

Maraqlıdır, “ruh yaşı” deyilən məfhum doğrudan da varmı?  

Psixoloq Könül İsmayılova hit.az-a deyib ki, hər bir insanın həm bioloji, həm də emosional yaşı var:

“İnsanın yaşı deyəndə, əsasən onun emosional yaşı nəzərdə tutulur. Elə adam var ki, bioloji yaşı 20 olsa da, 40 yaşlı adam kimi düşünür. Psixologiyada “ruh yaşı”na emosional yaş deyirlər. Ruh halı psixoloji yaşa da təsir edir. Məsələn, bir uşağı psixoloji təsir altına salaq, təcavüz, ancaq evin içində qalsın, döyülsün və yaxud da evin içində heç bir şey öyrədilməsin. O, heç vaxt akademik dəyərlərə cavab verməyəcək. Yəni, onun psixoloji yaşı da aşağı olacaq”.

Sevinc

0