Uşaqlara şirin çay verilməlidir?

SAĞLAMLIQ
23:16 / 10.07.2024
243

Qara çay ölkəmizin ən sevilən və ənənəvi içkisidir.

Uşaqdan tutmuş, böyüyə qədər hər kəs qara çayı sevir. Lakin mütəxəssislər uşaqlara çay, şirin çay verilməsini düzgün hesab etmir. 

Petiatr Mətanə Əliyeva Hit.az-a deyib ki, uşaqlara çay yalnız 3 yaşdan sonra verilə bilər: 

“Yatmazdan qabaq uşağa çay vermək olmaz. Sidikqovucu və tonuslaşdırıcı təsirlərə malik olan çay əlavə problemlərə səbəb olacaq.Butulkada verilən şirin çay uşaqda kariesin inkişafına səbəb olur. Çayın tərkibində kofein olduğuna görə, sinir sistemində oyadıcı təsirə, uşaqda yuxu pozğunluğu və əsəbi oyanıqlıq hallarına səbəb olur. 3 yaşına qədər uşaqlara çay verməməyi, şirin çayın isə ümumiyyətlə, içilməməsi tövsiyə olunur. Onu da nəzərə almaq lazımdır ki, şirin çay iştahasızlığa, çəki artımına və əsəbiliyə aparıb çıxarır. Uşaqlara süni şəkər əvəzinə təbii şəkər verilməsi məsləhətdir. 1 yaşdan sonra təmiz bal, təbii meyvə və tərəvəzlərdən alınan şəkər onların gündəlik tələbatını ödəməyə kömək edir”.

Sevinc

0