Tətilə getmədən əvvəl buna DİQQƏT EDİN

SAĞLAMLIQ
15:47 / 01.08.2024
535

Yay aylarında tətilə getmək hər kəsin ən sevdiyi istirahət sayılır. 

Hit.az bildirir ki, istirahətə gedənlərin böyük əksəriyyəti özləri ilə günəş şüalarından qorunmaq üçün krem də aparırlar. 

Amma bunun bəzi zərərləri ola bilir. Belə ki, bəzən aldığımız kremlər saxta olur. Saxta krem isə dərini ultrabənövşəyi şüalardan qoruya bilmədiyi üçün ciddi sağlamlıq riskləri yarada bilər. Ona görə də məhsulun saxta ola biləcəyindən şübhələnirsinizsə, ondan istifadə etməyin. Sağlamlığınızı riskə atmamaq üçün etibarlı və tanınmış markaları seçməyə çalışın. 

Ümumiyyətlə, günəş şüalarından qoruma kreminin saxta olduğunu bilməyin yolları var:

1. Qablaşdırma və etiket:
Qablaşdırmanın üzərindəki mətn və loqolar keyfiyyətsizdirsə, orfoqrafik səhvlər və ya bulanıqlıq varsa, deməli, məhsul saxta ola bilər. Üstəlik, qablaşdırmanın üzərində rəsmi təsdiq möhürləri olmalıdır. 

2. Qiymət:
Əgər sözügedən krem bazardakı qiymətlərlə müqayisədə xeyli ucuzdursa, onun saxta olma ehtimalı yüksəkdir. Nəzərə almaq lazımdır ki, bu kremlər keyfiyyətli inqrediyentlərdən hazırlandığı üçün ucuz olmur. 

3. Ətir:
Saxta kremlər orginaldan fərqli olaraq adətən kəskin və xoşagəlməz bir qoxuya malik olurlar. Həmçinin, əsl günəş şüalarından qoruyucu kremi yumşaq olur. 

4. Haradan aldığınıza diqqət edin:
Bu kremləri etibarlı supermarketlərdən və ya mağazalardan alın. Unutmayın, küçə satıcılarından və ya naməlum onlayn mağazalardan alınan məhsulların saxta olma riski daha yüksək olur. 

5. Məhsul kodu və seriya nömrəsi:
Məhsulun üzərindəki seriya nömrəsini və ya ştrix kodunu yoxlayın. Belə ki, bəzi istehsalçılar məhsullarının həqiqiliyini yoxlamaq üçün bu kodları öz vebsaytlarında yoxlamaq imkanı təklif edirlər.

6. Test:
Məhsulu istifadə etməzdən əvvəl dərinizin kiçik bir yerində sınaqdan keçirin. Əgər allergik reaksiyalar və ya gözlənilməz nəticələr olsa, onu almayın. Çünki bu, onun saxta ola biləcəyini göstərən əlamətlərdir. 

Pərviz

0