Bir çox insan qaraciyər yağlanmasından əziyyət çəkir.
Hit.az bildirir ki, qaraciyər yağlanmasının qarşını təbii yollarla almaq mümkündür.
Bunun üçün xüsusi reseptdən istifadə etmək lazımdır. Belə ki, sizə sadəcə xiyar, limon, zəncəfil və su lazımdır.
Deməli, 1 ədəd xiyarı yuyun və incə dilimlərə ayırın. Daha sonra isə limonu yuyaraq nazik dilimlərə bölün. Ardınca zəncəfili soyub, dilimləmək və ya rəndələmək lazımdır. Sonda isə onların hamısını bir qaba qoyun və üzərlərinə su tökün. Onu bir neçə saat soyuducuda saxlayın və daha sonra suyu stəkana tökərək için. Bu, qaraciyər yağlanmasına qarşı mübarizə aparacaq.
Qeyd edək ki, xiyar bədəninizdə suyun tərkibini artıraraq orqanizmi nəmləndirir və toksinlərin çıxarılmasına kömək edir. Limon C vitamini ilə zəngindir və həzmi sürətləndirir. Zəncəfil isə iltihab əleyhinə xüsusiyyətlərə malikdir və o da həzm sistemini dəstəkləyir.
Pərviz