Yaşıl, yoxsa qara çay? - Həkim məsləhəti

SAĞLAMLIQ
21:38 / 25.10.2024
271

İnsan orqanizmində sağlamlıqla bağlı bir məsələ də yaşıl yoxsa qara çay içilməsidir. Bir çox insan qara çaydan imtina edə bilmir. Digər qrup isə yaşıl çayı arıqlamaq üçün məcbur içir. 

Bəs, əslində hansını içməliyik? Yaşıl yoxsa, qara çayın hansı faydalıdır? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən terapevt Sevinc Əliyeva deyib ki, bunu demək çətindir:

“Yaşıl çay, çay liflərinin bir başa qurudulması ilə əldə edilir. Qara çay isə çay yarpaqlarının fermentasiona tabe tutulub, qurudulmasından yaranır. Fermentasiona tabe tutulduğu üçün içindəki bizim üçün faydalı olan antioksidant maddələr qara çayda yaşıl çaydan 2-4 dəfə daha az olur. Amma qara çayı bir az artıq içərək bunu yerinə qoya bilərik. 

Qeyd edim ki, yaxın günlərdə xarici mütəxəssislərin bir araşdırması olub. Bilirsiniz ki, yaddaş pozulması Alzheirmer xəstəliklərində beyində “amiloid” deyilən bir maddə yığılır. Yaşıl və qara çay içənləri qruplara ayırıb , təhlil aparıblar. Nəticə göstərib ki, bu maddə qara çay içənlərdə yaşıl çaya nisbətdə daha çox olub. Ona görə hansının daha yaxşı olmasını deyə bilmərik. Hər ikisi də normal qaydada istehlak edilməlidir”.

Murad


 

0