Bu gün əksər xanımların dırnaqları bəzəklidir.
Xanımlar daha çox gellak və ya şellakdan istifadə edir.
Ancaq həkimlər isə israrla bu prosedurların ziyanlı olduğunu iddia edir.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, gel və şellakın özünün deyil, onların qurudulması üçün istifadə olunan ultrabənövşəyi şüalı lampaların dəriyə ziyanı var:
“Ultrabənövşəyi şüalar dəri xərçəngi kimi ciddi xəstəliklərə gətirib çıxara bilər. Həmin lampaların dırnağa yox, əl dərisinə ziyanı var. Şellak və geli qurutmaq üçün ultrabənövşəyi şüalı lampalardan yox, led lampalardan istifadə etmək məsləhətdir. Gellakı dırnaqdan çıxaran zaman dırnaq səthi zədələnə bilər. Bu səbəbdən daha diqqətli olub, ehtiyatlı davranmaq önəmlidir. Əks halda yumşaq toxunmaya təsir göstərə bilər, müxtəlif növ infeksiyaların yaranmasına, dırnaq göbələyinə gətirib çıxarar".
Sevinc