Son zamanlar insanları narahat edən xəstəliklərdən biri də meymunçiçəyidir.
Xüsusilə sözügedən virusa ölkəmizdə yoluxmanın qeydə alınmasından sonra bu barədə vətəndaşlar arasında narahatlıq yaşanır. İnsanların bir hissəsi meymunçiçəyi virusuna yoluxmaqdan ehtiyat edirlər.
Bəs hazırda meymunçiçəyi virusu ilə bağlı ölkəmizdəki vəziyyət necədir? Sözügedən virusun kütləvi yayılma riski varmı?
Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev Hit.az-a açıqlama verib. O, meymunçiçəyi barədə Azərbaycandakı son vəziyyətdən danışıb:
"Hazırda ölkəmizdə meymunçiçəyi virusu ilə bağlı hansısa problem yoxdur. Sadəcə bir nəfərin bu virusa yoluxduğu qeydə alınıb. Lakin ondan başqa hansısa yoluxma halı aşkarlanmayıb. Yoluxan şəxs və ailə üzvləri karantinə alındı. Bununla da problem həll olundu".
Həkim vurğulayıb ki, meymunçiçəyi çox sürətlə yayılan bir xəstəlik deyil: "Bu virusa yoluxma halları çox az olur. Ona görə də meymunçiçəyinin Azərbaycanda kütləvi şəkildə yayılacağını düşünmürəm. Hazırda da bununla bağlı hansısa problem yoxdur".
Pərviz