Bədəndəki xallar götürülə bilərmi?

SAĞLAMLIQ
21:36 / 04.02.2025
50

Hər bir insanın bədəninin müxtəlif nahiyyələrində, müxtəlif ölçüdə xal olur. Bəzi insanlar həmin xalları kompleks etdiyi üçün onları cərrahi əməliyyatı ilə götüzdürür.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, xalın götürülmə üsulu məhz müayinədən və qoyulan diaqnozdan asılıdır: 

“Xalın götürülmə üsulları da müxtəlifdir. Lazerlə, kaoqulyatorla və s. ilə yanaşı, cərrahi üsul da tətbiq olunur. Cərrahi üsula o halda müraciət edirik ki, xalın əsası, bünövrəsi dərinin aşağı qatlarından başlayır. Əgər xal bəd xassəlidirsə, götürəndə xal ətrafındakı 1 sm normal dəri ilə bir yerdə götürülməlidir. Əgər xal xoşxassəlidirsə, onda ancaq özü, ətrafa dəymədən götürülür. Xalların götürülməsi üçün ilk növbədə peşəkar diaqnoz qoymalıdır ki, ona əsasən götürülmə üsulu seçilsin. İkincisi, götürəndən sonrakı mərhələ düzgün aparılsın. Bu iş harda, necə gəldi, edilməməlidir. Qırmızı xallar barəsində onu deyim ki, bunlar hemangioma xalları adlanır. Onlara lazer terapiyası olmaz. Çünki , bu prosesin təsirindən damarlar daha da genişlənir”.

Sevinc

0