Siqaret istifadəçiləri günü-gündən artır.
Siqaret kiminsə üçün dost, sirdaş, başqa birisi üçün isə vərdişdir.
Maraqlıdır, bu vərdişdən necə qurtulmaq olar?
Hit.az xəbər verir ki, saqqız nikotin əvəzedici terapiyası zamanı orqanizmi aldatmaq üçün istifadə olunur.
Siqaretdən imtina dövründə nikotin saqqızları orqanizmin müəyyən miqdarda nikotinə tələbatını ödəyir.
Tərgidən insan simptomlardan əziyyət çəkmir.
Siqaret tərgitmət istəyənlər idmanla məşğul olmalıdır.
İdman bədənin rahatlaşmasını təmin edir və siqareti buraxmaq üçün ən yaxşı üsullardan biri hesab edilir.
İdman, eyni zamanda siqaret istəyini nəzarətdə saxlamağa kömək edir.
Bununla yanaşı, həkimə müraciət etmək lazımdır. İnsan mütəmadi olaraq, həkimə getmək istəmirsə, heç olmasa, məsləhətlər almalıdır.
Bəzi mütəxəssislər siqareti tərgitmək üçün elektron siqareti məsləhət görür.
Ancaq araşdırmalar zamanı məlum olub ki, elektron siqaret insan sağlığı üçün olduqca ziyanlıdır.
Sevinc