Bu gün tarixin vərəqlərində 1 oktyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün bəzi mühüm hadisələrlə tarixə düşüb.
1 oktyabr bir çox görkəmli şəxsin doğulduğu və ya vəfat etdiyi gündür. Bu gün Azərbaycanda Prokurorluq İşçilərinin Peşə Bayramı Günü, BMT tərəfindən elan olunmuş Beynəlxalq Ahıllar Günüdür. Bundan əlavə, Özbəkistanda Müəllim Günü, Kamerunda Birlik Günü, Çin, Kipr, Nigeriya, Palau və Tuvaluda da müxtəlif milli bayramlar qeyd olunur. Beləliklə, tarixin 1 oktyabrına nəzər salırıq.
1 oktyabrda baş verənlər:
1996-cı ildə Azərbaycan və Qabon arasında diplomatik əlaqələr qurulub. 2018-ci ildə Bakıda dahi bəstəkar Qara Qarayevin Ev Muzeyinin açılışı olub. Həmçinin, 1946-cı ildə Nürnberq prosesində nasist liderlərinə hökm oxunub, 1949-cu ildə Çin Xalq Respublikası təsis edilib, 1961-ci ildə isə Şərqi və Qərbi Kamerun birləşərək Kamerun Federal Respublikasını yaradıb.
1 oktyabrda doğulanlar:
1969-cu ildə Milli Qəhrəman, şəhid Kazım Məmmədov, 1966-cı ildə general-leytenant Əfqan Nağıyev, 1932-ci ildə aktyor Əkbər Fərzəliyev, 1960-cı ildə Xalq artisti, xanəndə Mənsum İbrahimov, 1980-ci ildə müğənni Elnarə Xəlilova dünyaya gəlib.
Həmçinin, 1541-ci ildə yunan rəssam El Qreko, 1754-cü ildə Rusiya imperatoru I Pavel, 1865-ci ildə fransız bəstəkar Pol Düka, 1893-cü ildə çinli döyüş ustası İp Man, 1912-ci ildə rusiyalı tarixçi Lev Qumilyov, 1927-ci ildə rusiyalı aktyor Oleq Yefremov, 1956-cı ildə Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey və 2001-ci ildə ingilis futbolçu Meyson Qrinvud doğulub.
1 oktyabrda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəmanı, kapitan Əli Məmmədov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.
1965-ci ildə şair, qəzəlxan Əliağa Vahid, 1985-ci ildə müğənni Anatollu Qəniyev, 1987-ci ildə rəssam Nüsrət Fətullayev dünyasını dəyişib.
Həmçinin, 1929-cu ildə fransız heykəltəraş Antuan Burdel, 2004-cü ildə amerikalı fotoqraf Riçard Avedon, 2009-cu ildə gürcüstanlı yazıçı Otar Çiladze, 2013-cü ildə amerikalı yazıçı Tom Klensi və 2018-ci ildə fransız müğənni Şarl Aznavur vəfat edib.
Pərviz

