Beynəlxalq alimlər qrupu tərəfindən hazırlanmış yeni peyvənd üzərində aparılan ilkin laboratoriya sınaqları müsbət nəticələr göstərib.
Hit.az-ın məlumatına görə, tədqiqatçılar bildirirlər ki, bu peyvənd bir neçə fərqli virus növünə qarşı eyni anda təsir göstərə biləcək şəkildə hazırlanıb.
Bu isə gələcəkdə pandemiyaların qarşısının alınmasında mühüm rol oynaya bilər. Hazırda peyvəndin təhlükəsizliyi və effektivliyi daha geniş miqyasda yoxlanılır və yaxın aylarda klinik sınaqlara başlanması planlaşdırılır.
Səhiyyə mütəxəssisləri bu nəticələri ümidverici hesab edir və layihənin uğurla tamamlanacağına inanırlar.
Abbas


