Həkim orqanizmin qocalmasını göstərə bilən xəstəlikləri açıqladı

SAĞLAMLIQ
23:53 / 11.05.2026
49

Bəzi xəstəliklər orqanizmdə qocalma prosesinin klinik əlaməti kimi qiymətləndirilə bilər. 

HİT.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş geriatrı Olqa Tkaçeva açıqlama verib.

Onun sözlərinə görə, bu xəstəliklərə aterosklerotik mənşəli ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, xroniki obstruktiv ağciyər xəstəliyi, dayaq-hərəkət sistemi patologiyaları və 2-ci tip şəkərli diabet daxildir.

“Biz bunu orta hesabla 60 yaşdan etibarən görməyə başlayırıq”, deyə Tkaçova bildirib.

Mütəxəssis əlavə edib ki, qocalma yalnız xəstəliklərlə deyil, həm də orqanizmin funksiyalarının tədricən zəifləməsi ilə müşayiət olunur. Buna misal olaraq əzələ gücünün azalması, yaddaşın zəifləməsi və diqqət toplama qabiliyyətinin aşağı düşməsi göstərilir.

Onun sözlərinə görə, insan orqanizmi maksimum inkişaf səviyyəsinə təxminən 25–30 yaşlarda çatır və bundan sonra təbii qocalma prosesi başlayır.

Samir

0