Hantavirus təhlükəsi QAPIDA

SAĞLAMLIQ
11:40 / 12.05.2026
109

COVID-19 pandemiyasının yaratdığı qlobal sarsıntının təsirləri hələ də yaddaşlardan silinməyib. 

Bu dəfə isə diqqət mərkəzinə yeni bir sağlamlıq təhlükəsi olan hantavirus gəlib. Son günlər müxtəlif ölkələrdə bu virusla bağlı məlumatların yayılması və ölüm hallarının qeydə alınması insanlarda yenidən narahatlıq hissini artırıb.

Virus barədə yayılan xəbərlər cəmiyyətdə müxtəlif suallar doğurub. İnsanlar pandemiya dövründə yaşanan məhdudiyyətlərin və ağır nəticələrin yenidən təkrarlanacağından ehtiyat edirlər. 

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında deyib ki, hantavirus təhlükəsi Azərbaycanda da nəzərə alınmalı regional sağlamlıq problemlərindən biri hesab olunur: 

398983

“Virusun yayılmasının qarşısını almaq üçün həm dövlət qurumları, həm də vətəndaşlar profilaktik tədbirlərə ciddi yanaşmalıdır. Sərhəd-keçid məntəqələrində sanitariya və deratizasiya işləri gücləndirilməlidir”. 

Həkim onu da əlavə edib ki, vətəndaşlar anbar, zirzəmi və digər qapalı məkanlarda təmizlik işləri apararkən qoruyucu maskalardan istifadə etməli, gəmiricilərlə təmasdan uzaq durmalıdırlar: 

“Xəstəliyin vaxtında aşkarlanması və qabaqlayıcı tədbirlərin görülməsi mümkün təhlükələrin minimuma endirilməsi üçün önəmlidir, gigiyenik qaydalara əməl olunmalıdır”.

Günel Cəlilova

0