Şəkərsiz təbii qoz-fındıq yağları və urbeç qida dəyərinə görə bütöv qoz-fındığı tam əvəz edə bilər. Lakin onların tərkibindəki kalorilər orqanizm tərəfindən daha yaxşı mənimsənildiyi üçün arıqlamaq istəyənlərə bu məhsullardan istifadə etməmək tövsiyə olunur.
HİT.az xəbər verir ki, bu barədə həkim-diyetoloq Tatyana Solntseva TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bütöv qoz-fındıq tam şəkildə mənimsənilmir, çünki insan onları yağ hazırlanarkən olduğu qədər xırda və uzun müddət çeynəmir. Yağlar isə daha sürətli həzm olunur. Bu da toxluq hissini azaldır və onların kalorilərinin daha yaxşı mənimsənilməsinə səbəb olur.
“Bədən çəkini azaltmaq istəyirsənsə, qoz-fındıq ye. Çəkini artırmaq və ya tez tox olmaq istəyirsənsə, yağ da yeyə bilərsən”, deyə Solntseva bildirib.
Diyetoloq əlavə edib ki, məhsul seçərkən onun tərkibində şəkər, dadlandırıcılar, aromatizatorlar və palma yağı olmamasına diqqət etmək vacibdir.
Samir


