Heydər Əliyev Fondu Xalq artistinin müalicəsini öz üzərinə götürdü

MƏDƏNİYYƏT
15:14 / 28.08.2020
1287

Xəbər verdiyimiz kimi bir müddətdir ki, səhhətindəki problemlərdən əziyyət çəkən Xalq artist Şeyx Əbdül Mahmudbəyovun müalicəsi dövlət tərəfindən nəzarətə götürülüb. 

Yenisabah.az-a danışan rejissor prezidentin köməkçisi Anar Ələkbərov tərəfindən onun müraciətlərinə cavab verildiyini və müalicə xərclərini Heydər Əliyev Fondunun öz öhdəsinə götürdüyünü bildirib:

“Mən bütün KİV işçilərinə təşəkkür edirəm. Anar Ələkbərov müraciətlərimdən sonra mənə xüsusi qayğı ilə yanaşdı. Müalicəm üçün bir nəfər ayrılıb və dövlət hesabına davam edir. Hazırda sistem qoyulub, günü-gündən özümü daha pis edirdim, zəifləyirdim. Mədə bağırsağımla yanaşı bronxlarımdan da müalicə alacağam. Ümid edirəm tezliklə müalicəmi bitirib evə göndərilə biləcəm. Anar Ələkbərova dərin təşəkkürlərimi bildirirəm”.

0