SƏNƏT
17:16 / 08.04.2021
275

Tanınmış rejissor vəfat etdi

Əməkdar incəsənət xadimi, Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadə vəfat edib.

APA-nın məlumatına görə, tanınmış rejissor bu gün 76 yaşında dünyasını dəyişib. Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda doğulub.

Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. M. Bədirzadə 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıb.

2