“Kontakt”ın dəstəyilə yeniyetmə qızlar üçün keçirilən layihənin IV mərhələsi yekunlaşdı - FOTO

MƏDƏNİYYƏT
11:19 / 06.07.2022
2044
"Kontakt” mağazalar şəbəkəsinin dəstəyi və "FemTech” platformasının təşkilatçılağı ilə "Her Improvement” proqramının dördüncü – "Biznes və proqramlaşdırma təlimləri” mərhələsi uğurla başa çatıb.
 
        
 
Yeniyetmə qızların inkişafına yönələn proqramın bu mərhələsində 25 nəfər proqram iştirakçısına intensiv "Proqramlaşdırma”, "İnnovativ sahibkarlıq və startap düşüncə tərzi”, "Biznes Model Kanvas”, "Strateji planlaşdırma”, "Bazar araşdırması”, "Minimum işlək məhsul”, "Müştəri əlaqələri və satış”  həmçinin "Büdcə planlanması” mövzularında təlimlər keçirilib.
 
          
 
Qeyd edək ki, "Kontakt”ın dəstək olduğu "Her Improvement” layihəsinin əsas məqsədi 12-16 yaşlı yeniyetmə qızlara təşəbbüskarlıq, sahibkarlıq, innovasiya, biznes, startap və netvörkinq mövzularında bilik və bacarıqlar qazandırmaq, bununla da Azərbaycanda qadın sahibkarlığını inkişaf etdirmək və ölkədə olan qadın startap-innovativ biznes təsisçilərinin sayını artırmaqdır.
 
Layihənin növbəti – inkubasiya (mentorinq) mərhələsində iştirakçılar komanda olaraq biznes və proqramlaşdırma üzrə mentorlarla mütəmadi görüşmə və onlara suallarını ünvanlama imkanı qazanacaqlar. Proqramın final mərhələsinin isə avqust ayında reallaşması nəzərdə tutulur. 
 
0