Oğuz dağ yəhudiləri haqqında film çəkildi - FOTOLAR

MƏDƏNİYYƏT
10:56 / 06.03.2023
1497

Oğuz dağ yəhudiləri haqqında Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalı olan filmin çəkilişləri başa çatıb. 

HİT.Az xəbər verir ki, film Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir. Filmin qəhrəmanı əslən Oğuz rayonundan olan, Azərbaycan həqiqətlərini dünyaya çatdıran, ictimai xadim, ravvin-Şmuel Simantovdur. 

Filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, operatorlar Mahir Atakişiyev, Roman İsakov, içracı prodüser Şaul Siman-Tovdur.

Filmin çəkilişləri Azərbaycan, İsrail, ABŞ və Almaniyanın müxtəlif bölgələrində aparılıb.

Qeyd edək ki, bu film Rüfət Əsədovun “Dağ yəhudiləri” silsiləsindən  5-ci filmidir.

0