Xuraman Şuşada iki klip çəkdirdi

MƏDƏNİYYƏT
15:35 / 28.09.2023
536

Müğənni Xuraman Şuşalı Şuşa şəhərində klip çəkilişlərinə başlayıb.

Bu barədə Hit.az-a müğənni özü məlumat verib. Sənətçi bildirib ki, Şuşada iki mahnıya klip çəkilişləri aparılıb:

“Onlardan biri Ələkbər Tağıyevin “Azərbaycan qızıyam” mahnısı, ikincisi isə “Qayıdıram sənə Şuşam” mahnısıdır. Artıq “Qayıdıram sənə, Şuşam” hazırdır. “Azərbaycan qızıyam” isə üzərində işlər gedir. Güman ki, yaxın günlərdə izləyicilərə təqdim olunacaq”.

Xuraman Şuşalı ata evində olduğunu da xatırladıb:

“Divarları qalıb, ancaq həmin yerləri klipə sala bilmədik. Şükür ki, bizə bu günü yaşatdılar, Allah şəhidlərə rəhmət eləsin, Prezidentə can sağlı versin. Onların sayəsində biz həmin yerləri görə bildik. Böyük məmnuniyyətlə orada yaşayaram”.

Azra

0