Xalq artisti: "Bu konsert Bakı üçün nəzərdə tutulmuşdu, amma..."

MƏDƏNİYYƏT
11:17 / 08.01.2024
380

“Bakıda da konsert keçirməyi düşünürəm”.

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev deyib. Onun sözlərinə görə, Gənvə şəhərində planlaşdırılan konsert proqramı əslində Bakı üçün hazırlanıb:

“Amma burada vəsait tələb olunur. Dostlar da təkid etdilər ki, bu proqramı Gəncədə reallaşdıraq. Mən də razılıq verdim. Allah imkan versə, ölməsəm, konsert baş tutacaq”. 

Mübariz Tağıyev konsertdə istedadlı gənclərə səhnə verəcəyini qeyd edib:

“Gəncənin çox istedadlı gəncləri var, bəlkə də onları cəmiyyət heç tanımır. Onlara səhnə verəcəm, hərəsi iki mahnı oxusun”.

Azra

0