Təbrizli aşıqları Bakıya kim gətirib? - AÇIQLAMA

MƏDƏNİYYƏT
14:14 / 13.02.2024
401

Təbrizli aşıqların Azərbaycana səfərini İran İslam Respublikasının Azərbaycandakı səfirliyi təşkil edib.

Bu barədə Hit.az-a Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu deyib. Onun sözlərinə görə, həmin aşıqlar ölkəyə səfirliyin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün dəvət edilib:

“Tədbirdən sonra təbrizli aşıqlar Aşıqlar Birliyinin qonağı olub. 4 ilə yaxındır ki, sərhəd bağlıdır, bu səbəbdən təbrizli aşıqlar Azərbaycana gələ bilmirlər. Görüşdə Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı ilə yanaşı mən də iştirak etim. Təbrizli qonaqlar - aşıqlar Əli İbadi, Əmir Məhəmmədi və Şahbaz Süleymani, balaban və nağara ustaları Əkbər Sərbazi və Bəhmən Mühiti aşıq sənətinin gələcəyi ilə bağlı müzakirə apardılar və sərhədlərin açılmağını səbirsizliklə gözlədiklərini dedilər”.

Musa Nəbioğlu görüşdə təbrizli aşıqların mərhum Zəlimxan Yaqubu da yad etdiyini əlavə edib.

Azra 

0