Azərbaycan rəssamlarının Qırğızıstanda sərgisi keçiriləcək

MƏDƏNİYYƏT
16:30 / 26.02.2024
344

Aktivist Rəssamlar Birliyi üzvlərinin Qırğızıstan Respublikasında sərgisi keçiriləcək.

Bu barədə Hit.az-a açıqlamasında UASB Azərbaycan təmsilçisi, rəsm komitəsi başkanı Nəvai Metin məlumat verib. 

Rəssam "Dünyanı sənət xilas edəcək" adlı layihənin genişlənməsinin davam etdiyini qeyd edib:

"Bir qrup üzvümüz iyun ayında Qırğızıstan Respublikasında səfərdə olacaq. Səfər çərçivəsində iki məkanda sərgimiz olacaq. Qırğızıstan rəssamlarının da qatılacağı bu kimi sərgilər Dünya Rəssamlar Birliyinə kömək olacağına inanırıq". 

Nəvai Mətin qeyd edib ki, qarşıdakı illərdə də belə layihələrin davam etməsi planlaşdırılır.

Azra 

0