"O həmişə ilk sevgim olaraq qalacaq” - Azər Aydəmir

MƏDƏNİYYƏT
16:51 / 13.06.2024
1102

Sosial şəbəkələrdə tanınmış kinoaktyor Azər Aydəmirin mahnısı yayılıb.

 Aktyor çox koloritli bir şəkildə maraqlı bir mahnı ifa edib.

Görəsən o musiqi sahəsinə üz tutmaq istəyir?

Hit.az-ın sualını cavablandıran Azər Aydəmir bildirib ki, bu mahnını hələ adını çəkmək istəmdiyi bir film üçün oxuyub:

“Sevdiyim bir mahnı idi, sözlərini dəyişib oxudum. Sonra gördüm ki, mahnı oxumaq, mahnıya söz yazmaq məndə yaxşı alınır. Kim bilir, bəlkə oxumağa da başladım. Bu günə qədər toyları aparmaq üçün çox təkliflər alıb, rədd etmişdim. Lakin sonra anladım ki, əslində elit toyların aparıcıları tamadalıq etmirlər, çox səviyyəli şəkildə bir neçə təqdimatı həyata keçirirlər. Buna görə, gələcəkdə ola bilsin ki, tamaşaçılarım məni elit toylarda aparıcı kimi görsünlər. Amma aktyorluq, kino mənim üçün  vaz keçilməzdir, o həmişə ilk sevgi olaraq qalacaq”,- deyə o bildirib.

Murad

0