Azərbaycanlı kaskadyor Ceki Çan məktəbinin sertifikatını aldı

MƏDƏNİYYƏT
21:23 / 01.10.2024
31

Azərbaycanlı kaskadyor və aktyor Sain Fərhad Fərmanlı Ceki Çanın film mərkəzində keçdiyi təlimlərdən sonra sertifikat alıb.

Hit.az-ın xəbərinə görə sertifikatı ona Ceki Çan film mərkəzinin rəhbəri, məşhur kaskadyor He Jun təqdim edib.

“Bu yay Jackie Chan Stunt Team Action Film Training Center-də təlim keçidim.Buna görə sertifikat aldım. Mərkəzə yalnız Ceki Çanın komandasının nümayəndələri və onun dəvət etdiyi şəxslər gələ bilər. He Jun 25 ildir, Ceki çanla birlikdə işləyir. Əslində bu mərkəzdən  iş təklifi almışıdm, getməməyimə görə peşmanam. Xaricdə bizim işimizi yüksək səviyyədə qiymətləndirirlər. Ceki Çan məktəbində öyrəndiklərimi öz kaskadyorlarımıza öyrətmək fikrim var”, deyə o bildirib.

Murad

0