“Birdən evdən zəng gəlir. Deyirlər ki, evə gələndə ət al. Maaş azdı, qalırsan belə. Əti hansı pulla alacağını düşünürsən. Sənətçi bunu düşünməməlidir”.
Bu sözləri Hit.az-a açıqlamasında Sumqayıt Dram Teatrının aktyoru Yalçın Səlimov bildirib.
Maaş azlığından şikayətlənən aktyorlar barədə fikirlərini bölüşən Yalçın Səlimov bir az artırılarsa, yaxşı olacağını deyib:
“Dövlətin verdiyi maaşdır. Nə deyim?! Başqa ölkələrə baxanda bizdə çox zəifdir. Maaşımız yüksək olsa, daha yaxşı olar. Çünki, müəllim, aktyor, sənətçinin maaşı yüksək olmalıdır. Sənətçi evə gələrkən deyilən ərzağı necə alacağını düşünməməlidir”.
Murad