İsrailli mer müavini: Azərbaycan dünyada ən tolerant ölkələrdən biridir

SİYASƏT
13:14 / 15.10.2020
706

Azərbaycan dünyada digər millətlərin nümayəndələrinə münasibətdə ən tolerant ölkələrdən biridir.

Bunu Trend-ə İsrailin Afula şəhərinin mer müavini Mixail Barkan deyib.

Onun sözlərinə görə, bunu həm də ölkədə digər xalqların mədəniyyətinə olan münasibətdən görmək olar: “Azərbaycan ərazisində dağ yəhudilərinin tarixi qəsəbəsi olan yeganə dövlətdir. Əvvəllər bu cür qəsəbələr Rusiya, ABŞ, Belarus və digər ölkələrdə də olub”.

Mer müavini, həmçinin qeyd edib ki, Azərbaycanda xarici siyasi prioritetlərə dəqiq yanaşma mövcuddur: “Azərbaycan hər zaman İsrailin yaxın dostu olub”.

M.Barkan əlavə edib ki, Azərbaycan və İsrail xalqları arasında çoxəsrlik dostluq münasibətləri mövcuddur və bu, özünü ölkələrin çoxtərəfli əməkdaşlığında göstərir.

0