Azərbaycandakı 26 siyasi partiyadan 5-i ötən ilin audit yoxlamasından keçmiş maliyyə hesabatlarını açıqlamayıb.
Yurd.Media xəbər verir ki, bunlar Müasir Müsavat, Azərbaycan Ümid, Gələcək Azərbaycan, Azərbaycan Demokrat və Azərbaycan Xalq Cəbhəsi partiyalarıdır.
2025-ci ilin maliyyə hesabatını vermiş 21 partiyadan isə 3-nün ötənilki gəlirləri və xərcləri eyni olub. 10 partiya ili mənfəətlə, 8 partiya isə zərərlə başa vurub.



