Tezliklə Türk əsgəri Azərbaycana gələcək - Son açıqlama

11:44 / 21.11.2020
1996

“Ən yaxın zamanda Mehmetçik vəzifəsini icra etmək üçün Azərbaycana gedəcək”.

Bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında məlumat verib. 

O qeyd edib ki, məsələylə bağlı Quru Qoşunları Komandanlığı işini tamamlayıb: 

“Azərbaycana əsgər göndərilməsiylə bağlı qanun layihəsi Milli Məclisdə təsdiq edildi. Artıq proseslər tamamlanıb. Hava qüvvələri də əsgərləri aparmaq üçün hazırdır”.

0
Qafqazinfo.az