BMT QAK Azərbaycana yeni nümayəndə təyin edib

SİYASƏT
20:58 / 31.03.2023
635

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) Azərbaycandakı nümayəndəsi dəyişib.

Hit.az xəbər verir ki, xanım Bik Lum qurumun Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin olunub.

Qeyd edək ki, B.Lum martın 30-da Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov, martın 31-də isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ilə görüşüb. Görüşlərdə qarşılıqlı əməkdaşlıq və digər məsələlər əsas müzakirə mövzusu olub.

0