Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi nə zaman imzalanacaq?

13:35 / 05.06.2023
667

“Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması 2023 və ya 2024-cü illərdə mümkün ola bilər”.

Bunu politoloq Zaur Məmmədov HİT.az-a açıqlamasında bildirib.

O, bunun sadəcə iki ölkə arasında olan münasibətlərdən asılı olmadığını da diqqətə çatdırıb:

327382

“Beynəlxalq münasibətlər sistemində və beynəlxalq proseslərdə münaqişə tərəfləri bəzən ortaq məxrəcə gəlmək üçün çox yaxın yaxın olurlar. Lakin digər qüvvələr onlara təsir edirlər və bu, mümkün olmur. Azərbaycan və Ermənistanın timsalında da hər zaman yan təsirlərin şahidi olmaqdayıq. Nəzərə almaq lazımdır ki. Ermənistanın Baş naziri Nikol Paşinyan “Qarabağ Azərbaycandır!” ifadəsini deyib. Hər kəsə məlumdur ki, Azərbaycanla Ermənistan arasındakı ən ziddiyyətli məqam da məhz Qarabağla bağlı idi. Ona görə də bundan sonra sənədin imzalanmaması üçün heç bir mane yoxdur. Lakin müxtəlif ölkələrdən tərəfindən bu və ya digər şəkildə proseslərə təzyiqləri görürük”.

Ekspert vurğulayıb ki, tərəflər arasında sülh müqaviləsinin imzalanması Rusiya-Ukrayna müharibəsinin gedişatından asılı olacaq: 

“Yəni Azərbaycan və Ermənistan arasındakı münasibətlər və Cənubi Qafqazdakı sülh prosesi də bundan asılıdır. Əlbəttə ki, burada geosiyasi və regional aktorların mübarizəsi gedir. Hesab edirəm ki, biz yaxın günlərdə çox maraqlı görüşlərin də şahidi olacağıq. Sülh müqaviləsi imzalanmasa belə, Azərbaycan yaxın vaxtlarda Qarabağın dağlıq hissəsindəki növbəti çağırışları da dəf edəcəkdir. Biz bilirik ki, Qarabağdakı çağırışların dəf edilməsi üçün son iki ildə müxtəlif tədbirlər həyata keçirilib. Ən son Laçın şəhərində sərhəd-keçid məntəqəsinin qurulması buna nümunədir. Növbəti hədəf isə sepratçıların özlərini ərköyün aparması fonunda baş tuta bilər”.

Pərviz

0