“Oqtay müəllim 2 iclasda iştirak elədi, sonra isə...”

SİYASƏT
04:18 / 13.05.2020
1869

“Görünür, Opertiv Qərargahın qayda və tövsiyələrinə görə, digər iclaslara qatılmadı”

Son günlər millət vəkili Oqtay Əsədovun Parlamentin plenar iclaslarında iştirak etməməsi diqqət çəkir. Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov deputatın üzrlü səbəblərdən iclaslarda iştirak etmədiyini deyib.

Komissiya sədri xatırladıb ki, Nazirlər Kabineti yanında Opertiv Qərargahın yaşı 65-dən yuxarı şəxslərin evdən çölə çıxmaması ilə bağlı qərarı var:

“Karantin rejimi olduğundan, Oqtay Əsədov iclaslarda iştirak edib-etməməsinə özü qərar verir. Ona görə də hazırda Oqtay Əsədovun iclaslarda iştirak etməməsi üzrlü səbəblərdəndir”.

Həmkarının iclaslara qatılmamasına dair fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Fazil Mustafa heç bir qanun pozuntusu olmadığını söyləyib:

“Koronavirusla bağlı ilkin mərhələdə 65 ayşdan yuxarı millət vəkillərinə təklif olundu ki, onlar evdə qalsınlar və iclasda iştirak etməsinlər. Amma bu təklifə etiraz edənlər də oldu. Bildiyim qədəri ilə Oqtay müəllim 2 iclasda iştirak elədi., sonra isə görünür, digər iclaslarda mövcud mülahizələrə görə iştirak etməyib. Burada narahatedici bir məqam yoxdur. Milli Məclisdə ümumi qərar verilibsə, Opertiv Qərargahın da bu istiqamətdə tövsiyələri varsa, Oqtay müəllimin davranışı həmin tövsiyələri uyğundur. Onun iclaslara qatılmamasında hər hansı bir qanun və yaxud prosedur pozuntusu yoxdur”.

1
Sherg.az