Ukraynadan Azərbaycana birmənalı dəstək

SİYASƏT
09:36 / 14.07.2020
1729

Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhəddində 2020-ci il iyulun 12-də vəziyyətin gərginləşməsindən, nəticədə Tovuz istiqamətində artilleriya atəşlərinin baş verməsindən dərin narahatlıq keçirir.

Münaqişə tərəflərini vəziyyəti sabitləşdirmək və münaqişənin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə, eləcə də, BMT Təhlükəsi,lik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq dinc həlli yollarını axtarmaq üçün maksimum səy göstərməyə çağırırıq.

Ukrayna tərəfi situasiyanın Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında siyasi yolla həllinə tərəfdardır.

0
Bizimyol.info